Laosun neytrallığı haqqında beynəlxalq müqavilə
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə — 23 iyul 1962-ci ildə Cenevrədə Laos məsələsinin həlli üzrə 16 may 1961-ci ildən davam edən beynəlxalq konfransın nəticəsi olaraq 14 dövlət, o cümlədən Laos tərəfindən imzalanmış beynəlxalq müqavilə.
Birma İttifaqı, Kamboca, Kanada, Çin Xalq Respublikası, Vyetnam Demokratik Respublikası, Fransa, Hindistan, Polşa Xalq Respublikası, Vyetnam Respublikası, Tailand, Sovet İttifaqı, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları bəyannaməni imzalamışdılar. O və Laos Kral Hökumətinin 9 iyul 1962-ci il tarixli neytrallıq haqqında bəyannaməsi imzalandığı tarixdə beynəlxalq müqavilə kimi qüvvəyə minmişdir.
Declaration on the Neutrality of Laos.